Yevlaxda su kanalında boğulan şəxsin meyiti tapılıb.
Lent.az APA-ya istinadla xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində meyit tapılaraq sudan çıxarılıb.
Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
***
20 iyun, saat 15.07
Yevlax rayonunda bir nəfərin suda batdığı ehtimal edilir.
Lent.az APA-ya istinadla xəbər verir ki, Yevlax rayonunun Qoyunbinəsi kənd sakini, 26 yaşlı Mahir Oruc oğlu Nadirovun iyunun 17-də Yuxarı Qarabağ kanalının Malbinəsi kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunur.
Hadisə ilə bağlı məlumat daxil olduqdan sonra əraziyə müvafiq xilasetmə qüvvələri cəlb edilib. Hazırda nəzarətsiz ərazidə axtarış tədbirləri davam etdirilir.
Axtarışlara şəxsi heyət, texnikalar cəlb olunub. Əməliyyat davam etdirilir.
Faktla bağlı araşdırma aparılır.