Yevlax və Biləsuvarda narkotacirlər TUTULDU  - VİDEO
28 fevral 2026 09:24 (UTC +04:00)

Yevlax və Biləsuvarda narkotacirlər TUTULDU - VİDEO

0

Yevlaxda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuș Savalan Quliyev saxlanılıb.

DİN mətbuat xidmətinin Bərdə regional qrupundan Lent.az-a verilən xəbərə görə, ondan satış məqsədi ilə əldə etdiyi 5 kiloqram 200 qram marixuana, metamfetamin, metadon həbləri və elektron tərəzilər aşkarlanıb. 

Qeyd edək ki, cari il ərzində Yevlaxda polis əməkdaşları tərəfindən 20 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Biləsuvar rayonunda yerləşən Cəbrayıl şəhərciyində də narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbir keçirilib. Tədbir zamanı narkotiklərin satışını həyata keçirməkdə şübhəli bilinən Zaur Əkbərov və Ramil Abızadə Cəbrayıl RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıblar. Onlardan 5 kiloqram 650 qram  marixuana və 60 ədəd metadon həbi aşkar edilərək götürülüb.

Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 298

Oxşar yazılar