Yeniyetmələrin davası ölümlə nəticələndi
09 aprel 2024 13:27 (UTC +04:00)

Yeniyetmələrin davası ölümlə nəticələndi

Türkiyədə yeniyetmələr arasında dava baş verib.

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə Türkiyənin İzmir şəhərində baş verib.

Belə ki, iki 16 yaşlı oğlan arasında sosial mediada başlayan müzakirə parkda iki qrup arasında davaya çevrilib.

Davada Ege Hepbalıkçılar 6 bıçaq zərbəsi alaraq həyatını itirib. Davaya qarışan şübhəlilər hadisə yerindən qaçıblar.

Hadisə yerinə dərhal sağlamlıq və polis qrupları sövq edilib.

Ağır yaralanan Ege hadisə yerində olan sağlamlıq qruplarının ilk müdaxiləsindən sonra Sağlamlıq Elmləri Universiteti (SBU) Bozyaka Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Burada müalicə alan Hepbalıkçılar həkimlərin bütün müdaxiləsinə baxmayaraq ölüb. Polis hadisə zamanı orada olan şübhəliləri saxlayıb. 7 şübhəlidən 6-sı həbs olunub.

# 2124
avatar

Arzu Qurbanlı

Oxşar yazılar