Simferopol şəhərində 14 yaşlı yeniyetmə sevgilisinə kəndirlə sürpriz etmək istəyib və ölüb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, məktəbli yeni dostu ilə Qaqarinski parkının yaxınlığındakı uşaq meydançasında görüşməyə razılaşıb. Yeniyetmə dostunu heyran etmək qərarına gəlib və onun boynuna kəndir atmağa başlayıb. Birdən məktəbli sürüşüb və kəndir onun boğazını sıxıb. Yeniyetməni xilas etmək mümkün olmayıb.
Hadisədən sonra polis əməkdaşları araşdırmalara başlayıb.