Ukraynanın Lutsk şəhərində polisdən qaçan yeiniyetmə sürücü idarə etdiyi avtomobillə piyada keçidində 6 nəfəri vurub, sonra ağaca çırpılıb.
APA xəbər verir ki, bu barədə Volın vilayəti üzrə polis baş idarəsinin mətbuat katibi Olqa Buzuluk bildirib.
"Hadisə təxminən saat 14:40 (Baskı vaxtı ilə 16:40 - red.) baş verib. "Renault Megane" markalı avtomobili idarə edən 2005-ci il təvəllüdlü azyaşlı Lutsk şəhərinin Sobornost prospekti ilə daha iki azyaşlı sərnişinlə birlikdə hərəkətdə olub. O,yolu keçən 6 piyadanı vurub və daha sonra ağaca çırpılıb”, məlumatda bildirilib.
Buzuluk əlavə edib ki, yol qəzası nəticəsində beş yaşlı azyaşlı uşaq və onun 1982-ci il təvəllüdlü anası ağır xəsarət alıb. Onlar xəstəxanaya aparııb.
1980-ci il təvəllüdlü qadın da yaralanıb, o da xəstəxanadadır. Polis sözçüsü əlavə edib ki, daha üç qız yaralanıb və müayinədən sonra evə buraxılıb: "Digər azyaşlılar - 2005 və 2006-cı il təvəllüdlü piyadalar isə xəsarət almayıb. Sürücü ayıqdır, amma ondan qan analizi götürülüb. Müşahidə kameralarında qeydə alınan görüntülər incələnir.