Şəmkir zəhərlənmə faktı qeydə alınıb.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə rayonun Zəyəm Cırdaxan kəndində qeydə alınıb.
1990-cı il təvəllüdlü Zaur Əhmədov, onun həyat yoldaşı - 2002-ci il təvəllüdlü Şahzadə İsmayılova və onların azyaşlı övladı - 2020-ci il təvəllüdlü Adəm zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onların vəziyyətinin kafi olduğu bildirilir. Məlumata görə zərərçəkənlər yaşadıqları evdə odun sobasının tüstüsündən zəhərləniblər.