Yeni doğduğu körpədən qurtulmaq üçün görün nə etdi?
11 dekabr 2025 13:26 (UTC +04:00)

Yeni doğduğu körpədən qurtulmaq üçün görün nə etdi?

0

Rusiyanın Krasnodar diyarında 18 yaşlı bir qız oğlan uşağı dünyaya gətirib və onu divanın içində gizlədib. Körpəni nənəsi möcüzə nəticəsində xilas edib.

Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Qoryaçiy Kluç şəhərində baş verib. 

Məhkəmənin müəyyən etdiyinə görə, hamiləlik üzrə heç bir qeydiyyatda olmayan gənc qız dünyaya sağlam və vaxtında doğulmuş oğlan uşağı gətirib. Lakin gənc ana uşağı böyütmək istəmədiyi üçün onu divanın yuxarı rəfində gizlədib və evdən qaçıb. Nənə körpəni təsadüfən taparaq dərhal həkimlərə təhvil verib.

İstintaq zamanı qız öz günahını tam etiraf edib və peşman olduğunu bildirib. Məhkəmə onu Cinayət Məcəlləsinin 30-cu maddəsinin 3-cü hissəsi və 106-cı maddəsi üzrə təqsirli bilib. Ona aylıq qazancının 15%-i dövlətin gəliri olmaqla iki il müddətinə məcburi əmək cəzası verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 278

Oxşar yazılar