Türkiyədə azyaşlı faciəvi şəkildə ölüb.
Lent.az yerli KİV-ə istinadla bildirir ki, hadisə Kayseri şəhərinin Melikqazi qəsəbəsində baş verib. Suriya əsilli 11 yaşlı Ravan El Cemili parkda yelləncəkdə yellənərkən ip onun boğazına dolanıb.
Bunu görən ətrafdakılar dərhal ipi uşağın boğazından açaraq, təcili tibbi yardım çağırıblar.
Azyaşlı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.