Yazıçı Müşfiq Xanın oğlu tapıldı
01 mart 2025 02:54 (UTC +04:00)

Yazıçı Müşfiq Xanın oğlu tapıldı

Yazıçı Müşfiq Xanın oğlu tapılıb.

Lent.az-ın məlumatına görə, bu barədə yazıçı sosial mediada məlumat yayıb. O, oğlunun harda tapılması barədə açıqlama verməyib.

Qeyd edək ki, yazıçı Müşfiq Xan sosial mediada oğlu Füzuli Fərziyevi axtardığı barədə elan yazmışdı. Onun yazdığına görə, oğlu dünən 16:15 radələrində metronun "Avtovağzal" stansiyasında olub: "Sonra hara getdiyi haqqında məlumat yoxdur".

DİN-in Mətbuat Xidmətindən yazıçının övladının tapılması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görüldüyü bildirilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 492

Oxşar yazılar