Yazıçı Anarın əlil arabasında fotosu yayılıb.
Lent.az xəbər verir ki, Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayevin sosial şəbəkələrdə təkərli oturacaqda çəkilmiş fotosu müzakirələrə səbəb olub.

AYB sədri Anar Rzayev "qafqazinfo"ya açıqlamasında səhhətində heç bir problemin olmadığını bildirib: “Lap yaxşıyam. Hansı klinikadır, heç xatırlamıram. Mənim klinikaya getməyim heç yadımda deyil. Yəqin ki, çoxdan çəkilib”.
Yazıçı “Hazırda evdəsinizmi?” sualımıza isə “Sağ olun” deyərək dəstəyi asıb.
Qeyd edək ki, A.Rzayev 1991-ci ildən AYB-nin sədridir.