Xızıda toy
05 aprel 2021 11:15 (UTC +04:00)

Xızıda toy

Yaşmada toya görə 10 nəfər məsuliyyətə cəlb olundu

Xızıda karantin qaydalarını pozaraq toy məclisi təşkil edən şəxslər məsuliyyətə cəlb olunublar.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Lent.az-a verilən məlumata görə, Xızı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər zamanı rayonun Yaşma kənd sakini Mirsəftər Camalovun həyətində karantin rejiminin qaydalarını pozaraq oğluna toy məclisi təşkil etdiyi müəyyən edilib.

Polis əməkdaşları həmin məclisin təşkilatçısına və orada iştirak edənlərə bir daha karantin rejiminin qaydaları izah ediblər. 10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilib və həmin şəxslər məsuliyyətə cəlb olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1461
avatar

Mehman Nəbiyev

Oxşar yazılar