Gəncədə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib.
Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
1950-ci il təvəllüdlü Ş.Sadıqov yolu keçmək istəyən zaman onu minik maşını vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.