Yaşlı kişini avtomobil vurdu – Reanimasiyadadır 
08 dekabr 2021 04:43 (UTC +04:00)

Yaşlı kişini avtomobil vurdu – Reanimasiyadadır 

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər ağır xəsarət alıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, qəza Zabrat qəsəbəsində qeydə alınıb.

Paytaxt sakini, 1956-ci il təvəllüdlü Əsgərov İsrail Vəli oğlu yolu keçmək istəyərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1354

Oxşar yazılar