Yasamaldakı yanğında zəhərlənənlərin 4-ü başqa xəstəxanaya köçürüldü
24 noyabr 2025 10:22 (UTC +04:00)

Yasamaldakı yanğında zəhərlənənlərin 4-ü başqa xəstəxanaya köçürüldü

0

Noyabrın 21-i Yasamal rayonu, M.Seyidov küçəsi ərazisində yerləşən yaşayış binasında baş verən yanğın hadisəsi səbəbilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində müalicə alan şəxslərdən 4-ü könüllü olaraq özəl tibb müəssisəsinə yerləşdirilib.

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, onlardan 1-i isə Yeni Klinikaya hospitalizasiya olunub.

Qeyd edək ki, noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsində çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Yanğın nəticəsində 1984-cü il təvəllüdlü Samir Kamal oğlu Məhəmmədov, 2018-ci il təvəllüdlü Arzu Əli qızı Qəmbərli və 1977-ci il təvəllüdlü Könül Vəlibəy qızı Hümbətova dünyasını dəyişib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 76

Oxşar yazılar