Yasamalda baş vermiş yanğında həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızı Ləman Qulamovanın müalicəsi “Yeni Klinika”da davam edəcək.
Lent.az xəbər verir ki, bu barədə jurnalist Fuad Cəfərov sosial şəbəkədə paylaşım edib.
"Əzizimiz Könül Vəlibəylinin qızı Ləmanın müalicəsi artıq "Yeni Klinika"da davam etdirilir, gecə müalicə üçün köçürdük bu xəstəxanaya",-deyə paylaşımda bildirilir.
Qeyd edək ki, onun vəziyyəti ağır olaraq qalır.