Yas mərasimi keçirmək istəyənləri saxladılar-FOTO
25 aprel 2021 11:53 (UTC +04:00)

Yas mərasimi keçirmək istəyənləri saxladılar-FOTO

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları rayon ərazisində karantin rejimi qaydalarının pozularaq yas mərasimi təşkil edildiyini müəyyən ediblər.

Daxili İşlər Nazirliyinin Gəncə regional qrupundan Lent.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən mərasim dayandırılıb. Ölkədə elan edilən karantin rejimi qaydalarını pozduqları üçün mərasimi təşkil edəndə də daxil olmaqla 10 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib edilərək cərimə olunublar.

Digər iştirakçılarla bir daha profilaktiki söhbətlər aparılıb, karantin rejiminə riayət etmələri barədə xəbərdarlıq edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1644
avatar

Oxşar yazılar