Yanmış ərazidən meyit tapıldı
27 yanvar 2022 08:40 (UTC +04:00)

Yanmış ərazidən meyit tapıldı

Tovuz şəhərində, ticarət mərkəzinin ərazisində sökülməkdə olan birmərtəbəli binanın sahəsi 12 m² olan bir otağında məişət tullantıları 3 m² sahədə yanıb. 

Lent.az-ın xəbərinə görə, yanğın yerinin kəşfiyyatı zamanı 1960-cı il təvəllüdlü Ələsgərov Ələkbər Əziz oğlunun yanmış meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Otaq yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
 

# 1374
avatar

Oxşar yazılar