Sumqayıtda yol kənarından meyit tapılıb.
Lent.az-ın məlumatına görə, hadisə şəhərin Sülh küçəsində yanacaqdoldurma məntəqəsinin yaxınlığında, yaşıllıq ərazidə qeydə alınıb. Burada 55 yaşlı Orucova Qərənfil Eyvaz qızının meyiti tapılıb.
Məlumata görə, mərhum kimsəsiz olub.
Araşdırma aparılır.