Yanacaqdoldurma məntəqəsinin yanında kişini  maşın vurub öldürdü
26 oktyabr 2022 12:59 (UTC +04:00)

Yanacaqdoldurma məntəqəsinin yanında kişini maşın vurub öldürdü

Bakıda ölümlə nəticələnən yol qəzası olub.

Lent.az xəbər verir ki, hadisə gecə saat 2 radələrində Sabunçu rayonu Kürdəxanı qəsəbəsində, "Rosil" yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb. Naməlum avtomobil 38 yaşlı Babayev Elçin Aydın oğlunu vurub. Piyada aldığı xəsarətlərdən yerindəcə keçinib.

Faktla bağlı 2 maddə üzrə cinayət işi başlanıb, araşdırma aparılır.

# 1692
avatar

Mehman Nəbiyev

Oxşar yazılar