Yanacaqdaşıyan sistern partladı, azərbaycanlı ata və oğul öldü 
30 iyul 2023 20:22 (UTC +04:00)

Yanacaqdaşıyan sistern partladı, azərbaycanlı ata və oğul öldü 

0

Əslən azərbaycanlı olan Rusiya vətəndaşları  faciəvi şəkildə ölüblər.  

Lent.az-ın APA-ya istinadla məlumatına görə, Rusiyanın Tümen vilayətinin Niaqan şəhərində Salyan rayonunun Qarabağlı kəndindən olan 55 yaşlı Kərimov Mahir  və oğlu 29 yaşlı Nurəddin iyulun 19-da, yanacaqdaşıyan sisternin boş çəninndə təmir işləri apararkən partlayış baş verib.

Hadisə nəticəsində Nurəddin hadisə yetində keçinib, ağır xəsarət alan ata isə iyulun 28-də müalicə aldığı xəstəxanada ölüb. Oğlun nəşi iyulun 26-da Salyanda dəfn edilib. Mahir Kərimovun nəşinin avqustun 2 də Qarabağlıya gətiriləcəyi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4074

Oxşar yazılar