Xoruldayan arvadını boğub öldürdü
03 mart 2021 18:55 (UTC +04:00)

Xoruldayan arvadını boğub öldürdü

5

Kalininqrad vilayətində xoruldayan arvadını boğan Znamensk qəsəbəsinin 44 yaşlı sakininin cinayət işinin istintaqı başa çatıb. 

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional şöbəsinin mətbuat xidməti məlumat verib.

İstintaq versiyasına görə, 2020-ci il noyabrın 8-də sərxoş kişi 38 yaşlı arvadını döyüb və sonra çarşafla boğub. Cinayətdən sonra cəsədi otağın döşəməsində qoyaraq yatmağa gedib. Səhər saatlarında təqsirləndirilən şəxs qan ləkələrini yuyub, ölənin çarşafını və mobil telefonunu yandırıb. Axşam saatlarında meyiti evdən çıxarıb ki, axşam onu qayıqla aparıb çayda batırsın. Ancaq kişi cəsəddən qurtulmağa vaxt tapmayıb - qonşular onun niyyətini necə həyata keçirdiyini görüb və polisə məlumat veriblər.

Dindirilmə zamanı təqsirləndirilən şəxs cinayəti etiraf edib və deyib ki, arvadı xoruldayırdı, yuxudan oyadıb və qadın onu kobud ədəbsiz ifadələrlə söyüb. Bunda sonra da onu öldürüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
5
# 3303

Oxşar yazılar