Xocavəndə niyə getmişdilər?   - 3 nəfərə cinayət işi açıldı...
06 aprel 2022 14:10 (UTC +04:00)

Xocavəndə niyə getmişdilər? - 3 nəfərə cinayət işi açıldı...

Xocavənddə avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsinə Böyük Tağlar kəndi ərazisindən “Hovo” markalı avtomobilin qaçırılması barədə məlumat  daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Şamaxı şəhər sakini E.Alıpaşayev, Sumqayıt şəhər sakini Z.Əsədullayev və Bakı şəhər sakini İ.Məmişov müəyyən edilərək saxlanılıblar.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə cinayət işi başlanıb.

# 2256
avatar

Mehman Nəbiyev

Oxşar yazılar