Xocavənddəki qəza nəticəsində xəsarət alan şəxslər Bakı Sağlamlıq Mərkəzinə yerləşdiriliblər.
Lent.az xəbər verir ki, bu barədə Səhiyyə nazirliyindən bildirilib. Belə ki, qəza nəticəsində mərkəzə müştərək travmalarla 13 nəfər yerləşdirilib. Onlardan 11-i Türkiyə vətəndaşıdır. 2 nəfər reanimasiya şöbəsində müalicə alır vəziyyətləri ağırdır.
Qeyd edək ki, digər 11 nəfərin vəziyyəti orta ağır kimi qiymətləndirilir.
Hazırda müayinə və müalicələr davam edir.
***
10:05
Dünən axşam saatlarında Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobusun qəzaya uğraması nəticəsində müxtəlif dərəcəli xəsarətlər almış 16 nəfər ilkin tibbi yardımdan sonra Bakı Sağlamlıq Mərkəzinə təxliyə edilib.
Lent.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Qeyd edək ki, qəza dünən axşam saatlarında Xocavənd rayonu ərazisində baş verib
Qəza nəticəsində axşam növbəsinə gedən işçilərdən xəsarət alanlar olub.
Qəzanın baş vermə səbəbləri və digər təfərrüatlar barədə hələlik rəsmi məlumat açıqlanmayıb.