Xızıda polis silahlı şəxs və yarım kiloqram narkotik aşkar edib  
27 yanvar 2024 08:44 (UTC +04:00)

Xızıda polis silahlı şəxs və yarım kiloqram narkotik aşkar edib  

Xızı polisi silahlı şəxs və yarım kiloqrama yaxın narkotik aşkar edib

Daxili İşlər Nazirliyinin  Mətbuat Xidmətinin Quba regional qrupundan Lent.az-a verilən məlumata görə Xızı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini, əvvəllər məhkum olunmuş Mehman Axundov saxlanılıb.
Həmin şəxsin üzərindən 1 ədəd “Kalaşnikov” markalı avtomat, 1 ədəd patron darağı və 21 ədəd güllə aşkar edilərək götürülüb.

Şöbə əməkdaşları tərəfindən keçirilən digər əməliyyat-axtarış tədbirləri zamanı rayon sakini, əvvəllər məhkum edilmiş  Mehrab Həmidli saxlanılıb.
Həmin şəxsin üzərindən yarım kiloqrama yaxın (470 qram) narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Faktlarla  bağlı Xızı  RPŞ-də hər iki şəxsin barəsində cinayət işi başlanılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3237
avatar

Oxşar yazılar