Daxili İşlər Nazirliyi Xırdalanda polis əməkdaşının bıçaqlanması barədə yayılan məlumatlara aydınlıq gətirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Kütləvi İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Lent.az-a bildirib ki, bəzi xəbər saytlarında və sosial şəbəkələrdə Xırdalanda baş verən dava zamanı polis əməkdaşının bıçaqlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir:
"Bu məlumatlar yalandır".