Xırdalanda daha bir qadın özünü binadan atdı
02 sentyabr 2023 14:27 (UTC +04:00)

Xırdalanda daha bir qadın özünü binadan atdı

Abşeronda intihar hadisəsi olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Xırdalan şəhərində baş verib. 41 yaşlı Ağayeva Cəmilə Nəbi qızı binanın 8-ci mərtəbəsindən özünü ataraq, həyatına son qoyub.

İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı rayon Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, son günlər Xırdalanda 3 yeniyetmə qız özünü binadan ataraq intihar edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4602

Oxşar yazılar