Xınayaxdıya gələnlər cərimələndilər
05 aprel 2021 11:08 (UTC +04:00)

Xınayaxdıya gələnlər cərimələndilər

Lənkəranda xınayaxdı mərasimi keçirənlər cərimələnib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Lənkəran regional qrupundan Lent.az-a verilən məlumata görə, rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlər zamanı Xarxatan kənd sakini M.Dadaşovun karantin rejiminin qaydalarını pozaraq qızına xınayaxdı məclisi təşkil etdiyi müəyyən edilib. Polis əməkdaşları məclisin təşkilatçılarına bir daha karantin rejiminin qaydalarını izah ediblər.

3 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən qanunamüvafiq tədbirlər görülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1539
avatar

Mehman Nəbiyev

Oxşar yazılar