İlk gündən burada axtarış-xilasetmə işlərinə cəlb olunmuşuq. Şükürlər olsun ki, 198 saat sonra iki nəfəri canlı olaraq xilas etdik.
Lent.az-ın məlumatına görə, APA-nın Türkiyəyə ezam olunan müxbiri xəbər verir ki, bunu Kahramanmaraşda zəlzələ bölgəsində 198 saat sonra dağıntılar altından iki nəfəri sağ çıxaran azərbaycanlı xilasedicilər deyib.
Onlar bildirib ki, gecə saatlarından ərazidə canlı şəxsi xilasetmə üçün əməliyyatlar həyata keçiriblər: "Şükürlər olsun ki, iki nəfəri canlı çıxartdıq. İllərdir xilasedici kimi çalışırıq. Burda 17 yaşlı Muhammed Enesi və 21 yaşlı Abdulbaki Enesi dağıntılar altından çıxartdıq. Çox sevinirik. Sona qədər Türkiyənin yanımda olacağıq".