Xəzər dənizində zəlzələ oldu
17 sentyabr 2023 03:38 (UTC +04:00)

Xəzər dənizində zəlzələ oldu

0

Xəzər dənizində 4,6 maqnitudalı zəlzələ olub.

Lent.az xəbər verir ki, bu barədə Milli Elmlər Akademiyasi nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

"Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, 17.09.23 tarixində yerli vaxtla saat 02:51-də Qala stansiyasından 147 km şərqdə Xəzər dənizində zəlzələ qeydə alınmışdır. Zəlzələ hiss olunmayıb", -deyə məlumatda bildirilib.

Zəlzələ ocağı Yerin 62 kilometr dərinliyində qeydə alınıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2982

Oxşar yazılar