Sankt-Peterburqda xəstəxananın yaxınlığında meyit tapılıb.
Lent.az-ın Rusiya mediasına istinadən verdiyi xəbərə görə, ötən gün səhər tezdən Kolpino rayonunda yerləşən 33 saylı xəstəxananın astanasında çoxsaylı sınıqları olan naməlum şəxsin meyiti tapılıb.
Məlumata əsasən, mərhumun bədənində alt çənənin sınığı, kəllə sümüyü və sol qolunun açıq sınığı qeydə alınıb.
Polis əməkdaşları mərhumun Murino qeydiyyatında olduğunu müəyyən ediblər. Hazırda kişinin ölümünün bütün şəraiti aydınlaşdırılır, meyit ekspertiza üçün morqa təhvil verilib.