Xəstəxananın həyətində 3 hektar ərazi  yandı
09 avqust 2025 22:15 (UTC +04:00)

Xəstəxananın həyətində 3 hektar ərazi yandı

Balakən Rayon Mərkəzi Xəstəxanasının (RMX) hazırda fəaliyyət göstərməyən inzibati binasının həyətində yanğın olub.

Lent.az xəbər verir ki, Balakəndə yerləşən Balakən Rayon Mərkəzi Xəstəxanasının (RMX) hazırda fəaliyyət göstərməyən inzibati binasının həyətində yanğın olub.

Yanğının genişlənərək inzibati binalara keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində keçmiş xəstəxananın həyətyanı sahəsində 3 hektar ərazidə kol-kos və quru ot yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb. Yanğının söndürülməsinə Balakən Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. (APA)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 500

Oxşar yazılar