Xəstə atları   kəsib satanlar tutuldu
07 avqust 2023 17:13 (UTC +04:00)

Xəstə atları kəsib satanlar tutuldu

Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən istehlaka yararsız  at ətinin satışı ilə məşğul olan şəxslər saxlanılıb.

Lent.az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, rayonun Çarhan kəndində Səxavət Cəfərova məxsus fermanın ərazisində əsasən ucuz qiymətə alınan xəstə atların kəsilməsi barədə polisə əməliyyat məlumatı daxil olub. Keçirilən tədbirlərlə qeyd olunan əməli törətməkdə şübhəli bilinən paytaxt sakini Mehman Cəfərov, Şamaxı sakini Ağacan Sadıqov və fermanın sahibi Səxavət Cəfərov saxlanılıblar. Əraziyə baxış keçirilərkən 300 kiloqrama yaxın at əti aşkar edilib. Araşdırma zamanı məlum olub ki, M.Cəfərovun başçılıq etdiyi həmin şəxslər əsasən xəstə atları ucuz qiymətə alaraq onları kəsib və ətini Bakı şəhərinə apararaq orada satmaq niyyətində olublar. Həmin ətlərdən müvafiq nümunələr götürülərək laborator müayinələrin aparılması üçün Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə təhvil verilib, qalan hissəsi ilə yandırılaraq məhv edilib. 

Faktla bağlı Şamaxı Rayon Polis Şöbəsində araşdırma aparılır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1830
avatar

Xədicə SƏXAVƏT

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21