Zorlama maddəsi ilə məhkum edilən şəxs bəraət aldı
20 aprel 2016 10:27 (UTC +04:00)

Zorlama maddəsi ilə məhkum edilən şəxs bəraət aldı

 

 

Bakı Apelyasiya Məhkəməsində zorlamada təqsirli bilinən Rəşad Quliyevin apelyasiya şikayəti üzrə məhkəmə prosesi yekunlaşıb. Lent.az-ın məlumatına görə, şikayət hakim Sahibxan Mirzəyevin sədrlik etdiyi kollegiyada araşdırılıb. Hakim kollegiyası Rəşad Quliyevin apelyasiya şikayətini təmin edib. Qərara görə, məhkəmədə onun cinayəti tam sübuta yetirməyib və beləliklə, barəsində bəraət hökmü çıxarıb. Baş Prokurorluğun protesti təmin edilməyib.

 

Qeyd edək ki, Rəşad Quliyev Bakının 20 Yanvar metro stansiyasının yaxınlığında Samirə (ad şərti verilib) ilə tanış olub. O, qızla bir müddət telefonla əlaqə saxlayıb. Münasibətlər yaranıb. Sonra Samirənin anası qızının Rəşad Quliyev tərəfindən zorlaması barədə hüquq-mühafizə orqanlarına müraciət edib. Rəşad Quliyevin barəsində Cinayət Məcəlləsinin 149.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxsı zorlama) maddəsi ilə cinayət işi başlayıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Rəşad Quliyevin ittiham olunduğu maddə dəyişdirilib. Məhkəmə Rəşad Quliyevin əməlini Cinayət Məcəlləsinin 152-ci (On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsinə tövsif edilib. Məhkəmənin hökmü ilə Rəşad Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Rəşad Quliyev apelyasiya şikayəti verərək barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Həmçinin Baş Prokurorluqda apelyasiya protesti verərək Rəşad Quliyevin cəzasının ağırlaşdırılmasını tələb edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 238
avatar

Səlcuq Elçin

Oxşar yazılar