Ziya Məmmədovun müşavirinin qohumu təcridxanaya köçürüldü
17 yanvar 2018 11:55 (UTC +04:00)

Ziya Məmmədovun müşavirinin qohumu təcridxanaya köçürüldü

 

Keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri Çingiz Baxşıyevin külli miqdarda əmlakını talamaqda və mənimsəməkdə təqsirləndirilən Rövşən Əhmədov  Bakı İstintaq Təcridxanasına köçürülüb.

 

Lent.az-a bu barədə onun yaxınları məlumat verib.

 

Bildiriblər ki, Rövşən Əhmədov Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasından çıxarılaraq, Kürdəxanıda yerləşən İstintaq Təcridxanasına köçürülüb.

 

 

Çingiz Baxşıyevin vəkili Ceyhun Yusifov isə bildirib ki,  Rövşən Əhmədov evində saxlanılıb.

 

Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsində onun barəsində həbs qərarı çıxarılıb və axtarış elan edilib. Buna səbəb Rövşən Əhmədovun məhkəmə iclasında iştirak etməməsi olub.

 

 

Qeyd edək ki, R.Əhmədov keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri, Avtonəqliyyat Xidmətinin keçmiş rəisi Çingiz Baxşıyevin, onun qızları Fatimə İbrahimova ilə Sevil Baxşiyevanın qızıllarını mənimsəməkdə ittiham edilib.

 

İttihama aktına əsasən o, qohumu Ç.Baxşıyevə məxsus 800 min manat dəyərində qızıl-zinət əşyalarını öz mülkiyyətinə keçirib.

 

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Əhmədovun barəsində bəraət hökmü çıxarılıb və o, məhkəmə zalından azadlığa buraxılıb. Hökmdən narazı qalan zərərçəkmiş apellyasiya şikayəti verib.

 

 R.Əhmədov bir müddət sonra yaşadığı evdə dərman içərək intihara cəhd edib. Ailə üzvləri onu 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırıb. Onun həyatını xilas etmək mümkün olub.

 

R.Əhmədovun cibindən məktub çıxıb. O, məktubda intihar etməsinin səbəblərini qeyd edib. Bildirib ki, intihara səbəb keçmiş nəqliyyat naziri Ziya Məmmədovun sabiq müşaviri, Avtonəqliyyat Xidmətinin keçmiş rəisi Çingiz Baxşıyevdir. O, həmçinin ailəsinin təhlükədə oluğunu qeyd edib.

 

Daha sonra R.Əhmədov müalicə aldığı 1 saylı Kliniki Tibbi Mərkəzdə (Semaşko) palata yoldaşının "sistem şüşəsi"ni sındıraraq, öz əl-qolunu və boynunu kəsib. Hadisə yerinə dərhal gələn həkimlər onun intihar etməsinin qarışısını alıb, xəstəxanaya polis əməkdaşları çağırılıb. R.Əhmədov Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya Xəstəxanasına köçürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 219
avatar

Səlcuq Elçin

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10