Zərdabda ruhi xəstə olduğu bildirilən qadın intihar edib.
Zərdab rayon Polis İdarəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə bu gün rayonunun Lələağacı kəndində baş verib.
Belə ki, 1969-cu il təvəllüdlü Məmmədova Vəfa Ənvər qızının cəsədi günorta saatlarında həyətlərindəki tövlədən asılı vəziyyətdə tapılıb.
Polisdən onu da bildirdilər ki, V. Məmmədova ruhi xəstə olub və bir neçə gün bundan əvvəl də damarlarını kəsərək, intihara cəhd edib.
Faktla bağlı Zərdab rayon Prokurorluğunda araşdırma aparılır.