Sumqayıt şəhəri, Hacı Zeynalabdin Tağıyev qəsəbəsindəki Maşınqayırma zavodunun həyətində qazıntı işləri aparılarkən hərbi sursat aşkarlanıb. Lent.az-ın məlumatına görə, bu xəbər Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olub.
Nazirliyin müvafiq qurumlarının mütəxəssisləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. Nazirliyin mütəxəssisləri tərəfindən əraziyə baxış zamanı 69 ədəd müxtəlif çaplı mərmi, mərmi başlıqları və partlayıcı maddələrin olduğu müəyyən edilib. Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə təkrar baxış keçirilib və şübhəli əşya aşkar edilməyib.