Ağdamda 2 nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Baharlı qəsəbəsində baş verib. Qəsəbə sakinləri - 32 yaşlı Tahir Abdullayev və 10 yaşlı Camal Qasımovun nahar etdikdən sonra səhhətləri pisləşib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. T.Abdullayev və C.Qasımov Ağdam Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Yaxınlarının verdiyi məlumata görə, dükandan alınan yumurtanı yedikdən sonra T.Abdullayev və C.Qasımovun səhhəti pisləşib.