Yük avtomobilində narkotik vasitə aşkar edilib
22 dekabr 2015 11:59 (UTC +04:00)

Yük avtomobilində narkotik vasitə aşkar edilib

0

 

İrandan Azərbaycana yük maşınında narkotik maddə gətirmək cəhdinin qarşısı alınıb.

 

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda Naxçıvan MR-dan İran ərazisindən tranzit keçməklə Azərbaycana gələn Azərbaycan vətəndaşı Abuzər Həsənovun idarə etdiyi “DAF XF-95” markalı yük avtomobilinə baxış keçirilib.

Baxış zamanı həmin nəqliyyat vasitəsində iki ədəd bükümdə, ümumi  xalis çəkisi 48,67 qram olan narkotik vasitə - qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı təhqiqat aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 441

Oxşar yazılar