Yola çıxan it 6 nəfərin ölümünə səbəb oldu
29 noyabr 2015 11:21 (UTC +04:00)

Yola çıxan it 6 nəfərin ölümünə səbəb oldu

Bu gecə Türkiyənin Van vilayətində dəhşətli yol qəzası baş verib. Lent.az sözcü.com.tr-yə istinadən xəbər verir ki, Erciş qəsəbəsində 34 yaşlı Mehmet Salih Korkmazın idarə etdiyi kiçiktutumlu yük avtomobilinin qarşısına it ıxıb və sürücü manevr edərək heyvanı vurmaqdan yayınmaq istəyib. Nəticədə avtomobil aşıb.

 

Sürücü ilə yanaşı 5 yaşlı İbrahim, 3 yaşlı Esmanur, 1 yaşlı Evin Çevik, 17 yaşlı Mahmut Oral və 23 yaşlı Dilek Korkmaz həyatını itirib.

 

Daha 5 nəfər isə xəstəxanaya yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 97
avatar

Oxşar yazılar