Avqustun 16-da Azərbaycan yollarında 10 yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, 10 qəza nəticəsində 4 nəfər ölüb, daha 17 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Təkcə Oğuz rayonu ərazisində baş vermiş qəzada 3 nəfər həlak olub.
Hər bir fakt üzrə araşdırmalar aparılır.