Bakıda sürücü yol polisinin paqonlarını qopardı
28 fevral 2015 11:30 (UTC +04:00)

Bakıda sürücü yol polisinin paqonlarını qopardı

0

Binəqədi rayonunda xidmətdə olan yol polisi sürücü tərəfindən döyülüb. 
 

 

Lent.az qafqazinfo-ya istinadən xəbər verir ki, S.S.Axundov küçəsində Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Famil Seyidov BMW markalı 90 SG 045 nömrəli avtomobili sərxoş halda idarə edən zaman orada xidmətdə olan Dövlət Yol Polisi İdarəsinin inspektoru polis baş serjantı 1968-ci il təvəllüdlü Cavanşir Qasımov tərəfindən saxlanılıb.

 

Sürücü müayinədən keçirilməyə aparılarkən müqavimət göstərib, yol polisini döyərək paqonlarını cırıb. 

F.Seyidov saxlanılıb. Binəqədi rayon prokurorluğunda araşdırma aparılır. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 185

Oxşar yazılar