Yol polisi özünü güllələyib
14 sentyabr 2013 19:41 (UTC +04:00)

Yol polisi özünü güllələyib

Qazax rayonunda yol polisi əməkdaşının əlində açılan silah polisin özünə dəyib.

Qazax rayon Polis Şöbəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, hadisə bu gün günorta saatlarında baş verib.

 

Baş Dövlət Yol Polisi İdarəsinin zabiti, Bakı-Qazax magistral yolunda xidmət edən 47 yaşlı Malik Qəhrəmanov silahla ehtiyatsız rəftar edən zaman özünə atəş açıb. Məlumata görə, güllə polis əməkdaşının qarın nahiyəsinə dəyib. Dərhal Qazax rayon Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilən zabitə tibbi yardım göstərilib. Vəziyyətinin ağır olduğu nəzərə alınaraq polis əməkdaşı Bakı şəhərində daxili işlər orqanlarının əməkdaşları üçün fəaliyyət göstərən hospitala aparılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2246
avatar

Oxşar yazılar