Yol polisi: bütün yollar açıqdır
17 dekabr 2012 11:10 (UTC +04:00)

Yol polisi: bütün yollar açıqdır

Baş Dövlət Yol Polisi İdarəsi Respublikanın rayonlarına gedən yollardakı vəziyyətlə bağlı açıqlama verib. İdarəsinin şöbə rəisi Kamran Əliyev Lent.az-a bildirib ki, qarlı-şaxtalı hava şəraiti ölkənin bölgələrinə gedən magistral yollarda problem yaratmayıb: “Bütün yollar açıqdır, buz bağlamayıb. Hər hansı problem yaranarsa, müvafiq təşkilatların iştirakı ilə lazımi tədbirlər görüləcək”.
 

Qeyd edək ki, şaxtalı hava şəraiti dekabrın 18-dək davam edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1420

Oxşar yazılar