Yetim Eyvazın ölüm səbəbi AÇIQLANDI - YENİLƏNİB
24 iyul 2017 16:18 (UTC +04:00)

Yetim Eyvazın ölüm səbəbi AÇIQLANDI - YENİLƏNİB

Dünən Siyəzəndə tanınmış şair Eyvaz Qurbanovun (Yetim Eyvaz) qəfil ölümünün səbəbi müəyyənləşib. Siyəzən rayon Mərkəzi Xəstəxanasından Lent.az-a bildirilib ki, 1952-ci il təvəllüdlü Eyvaz Qurbanov tromboemboliya səbəbindən vəfat edib. Bildirilib ki, şairin damarlarında tromblaşma varmış. Dünən səhər saatlarında damar yolu ilə tromb onun ürəyinə gedib və ölümünə səbəb olub.

 

Qeyd edək ki, Yetim Eyvaz dünən yaşadığı Qəhər kəndində dəfn edilib.

 

 

*****

 

23 iyul

 

Bu gün Siyəzəndə yaşayan tanınmış şair Eyvaz Qurbanov (Yetim Eyvaz) vəfat edib. Lent.az xəbər verir ki, tanınmış şair uzun sürən xəstəlikdən sonra yaşadığı evdə dünyasını dəyişib. O, bu gün doğulduğu rayonda dəfn ediləcək.

 

Qeydb edək ki,Yetim Eyvaz 1952-ci ildə Siyəzəndə anadan olub. O, xalq arasında tənqidi məzmunlu şeirləri ilə tanınıb, oxuduğu şeirlər sosial şəbəkələrdə geniş yayılıb.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 577

Oxşar yazılar