Yeni yol istifadəyə verilib
07 mart 2013 13:55 (UTC +04:00)

Yeni yol istifadəyə verilib

0

 

 Ələt-Astara yolunun 141-ci kilometrliyində, Mişarçay üzərindəki qəzaya uğramış körpünün yaxınlığında daha bir alternativ yol istifadəyə verilib. Nəqliyyat Nazirliyindən  Lent. az-a bildirilib ki, alternativ yol bu gün saat 12: 30 - dan  sürücülərin ixtiyarındadır: “Nəqliyyatın normal gediş-gəlişini təmin etmək məqsədilə ikinci alternativ yol  istifadəyə verilib. Alternativ yolların biri Astara istiqamətində, digəri isə Bakı istiqamətində hərəkət edən  nəqliyyat  üçün nəzərdə tutulub. Qəzaya uğramış  körpünün  dayaqları möhkəmləndirildikdən və aşırım tirləri dəyişdirildikdən sonra  yenidən istifadəyə veriləcək”.

P. Mürsəliyev onu da qeyd edib ki, Cəlilabad rayonu ərazisindəki körpünün yaxın 15-20 gün ərzində istifadəyə verilməsi gözlənilir.

Qeyd edək ki, martın 4-də   Ələt-Astara yolunun 141-ci kilometrliyində, Mişarçay üzərindəki körpünün aşırım tirləri qırılmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1099

Oxşar yazılar