Bu gün Bakı Apelyasiya Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiya Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədlinin apelyasiya şikayətinə baxılıb.
Lent.az-ın məlumatına görə, məhkəmə A. Məmmədlinin həbsindən verilmiş apelyasiya şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.
Qeyd edək ki, Anar Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 192.2.2-ci (qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olub külli miqdarda gəlir əldə etmək), 213.1-ci (xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb. O, dekabrın 16-da saxlanılıb və barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.