[b]Yazıçı Fərman Kərimzadənin oğlu məhkəmədə ifadə verdi[/b]
10 oktyabr 2016 16:02 (UTC +04:00)

[b]Yazıçı Fərman Kərimzadənin oğlu məhkəmədə ifadə verdi[/b]

Bu gün tanınmış yazıçısı Fərman Kərimzadənin oğlu Əziz Kərimzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi davam edib.

 

Lent.az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxs qismində Firuzə Qasımova ifadə verib. O, bildirib ki, təqsirləndirilən Ə.Kərimzadə ona məxsus obyekti kirayəyə götürüb: "Mənə dedi pul lazımdır. Ona inandım. 10 min manat nağd pul verdim.. 3 mindən artıq da icarə haqqını ödəmədiyindən borcu qalmışdı. Həmin puldan yavaş- yavaş 6500 manat qaytardı. Qalan pulu isə verməyib. Gürcüstanda 1 milyon yarıma evinin olduğunu dedi. Guya satıb iş quracaq. Daha sonra hazırda təmiri gedən evlərini satacağını söylədi. Bildirdi ki, yük maşınları var və Gürcüstana yük daşıyır ".

 

Əziz Kərimzadə isə ittihamı qəbul etmədi: "Firuzə Qasımovanın obyektini icarəyə götürüb, vəkillik fəaliyyəti ilə məşğul olurdum. İcarə haqqına 1500 borcum var idi. 3 min verəcəyimlə razılaşdım. Firuzə Qasımovadan işə düzəltmək adı ilə pul almışam. Mən nəqliyyat sahəsində idim. Vakant yer də ancaq sürücülük idi. Pulu borc almışam. Firuzə Qasımova özü faizə pul verirdi. Hörmət edib, mənə borc verdi". Əziz Kərimzadə zərərçəkmişə bacısı ilə görüşməsini və dəymiş zərərin ödəniləcəyini deyib. Məhkəmə prosesi oktyabrın 17-də davam edəcək.

 

 Qeyd edək ki. Ə.Kərimzadə barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Bu iş üzrə 4 nəfər zərərçəkmiş şəxs var. Ə.Kərimzadə ümumi olaraq 60 min manatdan çox məbləği mənimsəməkdə təqsirləndirilir. Ə.Kərimzadə Bakı şəhəri 3 saylı Hüquq Məsləhətxanasının vəkili olub. O, ilk dəfə 2012-ci ilin avqust ayında həbs edilib. Bakı sakini Muradov Elçin Dadaş oğlu Səbail rayon Polis İdarəsi, 9-cu Polis Bölməsinə müraciət edərək özünü vəkil kimi təqdim edən Kərimzadə Əziz Fərman oğlunun ondan 12 min manat alaraq mənimsədiyini bildirmişdi. O 2012-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsinim hökmü ilə 3 il müddətinə şərti azadlığa buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 265
avatar

Səlcuq Elçin

Oxşar yazılar