Bakı şəhərinin Yasamal rayonu ərazisində bıçaqlanma hadisəsi baş verib. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Şərifzadə küçəsi 177 ünvanının qarşısından Cəlilabad rayon sakini, 1976-cı il təvəllüdlü Nəsirov Hüseyn Qələmhüseyn oğlu daxilə nüfuz edən bıçaq xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə gətirilib. Vəziyyəti ağır olduğundan R.Nəsirov dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Yaralını dindirmək hələlik mümkün olmayıb.
Faktla əlaqədar əməliyyat-axtarış tədbirləri həyata keçirilir.