2 yaşlı uşaq anası yardıma ehtiyacı var. Bunu Lent.az-a məktubunda Gülnarə Hacıyeva bildirir. Onun sözlərinə görə, 31 yaşlı qadının qanında Hepatit B və Hepatit Delta virusu aşkarlanıb. Həmin vaxt hamilə olduğundan müalicə etdirə bilməyib. Qızını dünyaya gətirəndən sonra müalicəyə başlayıb. Lakin müalicələrin köməyi olmayıb və həkimlərin qoyduğu son diaqnoz qara ciyər seroz olub.
Tezliklə əməliyyat olunmazsa bu xəstəlikdən öləcək. Ailənin maddi imkanı olmadığından o, əməliyyat oluna bilmir. Onun xəstəliyinin müalicəsi Azərbaycanda var. G. Hacıyevanın əməliyyatı Mərkəzi Neftçilər Xəstəxanasında Mircəlal Kazımi tərəfindən aparıla bilər.
Yardım etmək istəyənlər Azərbaycan Beynəlxalq Bankın aşağıdakı hesab nömrəsinə pul köçürə bilərlər.
AZN hesabı- AZ18İBAZ33881019442315210208.
USD hesabı- AZ13İBAZ33882018402315210208