Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərbə vurmaqda təqsirləndirilən Şahin Heydərovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının hökmünə əsasən Şahin Heydərov 5 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə keçən il Xaçmaz rayonunda baş verib. Şahin Heydərovun yanında xanım olub. Bu zaman rayon sakini Azad Quliyev bu qadına baxıb. Bunu həzm edə bilməyən Ş. Heydərov A. Quliyevlə mübahisə edib. Mübahisə qanlı hadisəyə səbəb olub. Ş.Heydərov A. Quliyevi bıçaqlayıb. O, Cinayət Məcəlləsinin 126 (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə ittiham verilib.